Çatdırılma
Smartest-də sifarişlərinizi Bakı daxilində kuryer, Azərbaycanın bölgələrinə isə poçt vasitəsilə çatdırırıq. Çatdırılma ünvanı, xidmət haqqı və vaxtı sifariş təsdiqlənərkən sizinlə dəqiqləşdirilir.
Bakı daxilində çatdırılma
Sifarişiniz təsdiqləndikdən sonra 1 iş günü ərzində qeyd etdiyiniz ünvana çatdırılır. Məhsulu təhvil verməzdən əvvəl kuryer sizinlə əlaqə saxlayır.
Sürətli çatdırılma
Məhsula daha tez ehtiyacınız varsa, 1 saat ərzində çatdırılma üçün müraciət edə bilərsiniz. Bu xidmət ünvanınıza, məhsulun mövcudluğuna və kuryerin iş qrafikinə uyğun olaraq təşkil edilir. Sürətli çatdırılmanın mümkünlüyü və xidmət haqqı sifariş zamanı dəqiqləşdirilir.
Poçt vasitəsilə çatdırılma
Poçt sifarişləri tam ödənişdən sonra göndərilir. Sifarişiniz təsdiqləndikdən və ödəniş tamamlandıqdan sonra məhsul 1 gün ərzində tərəfimizdən poçta təhvil verilir. Bağlama poçta təhvil verildiyi tarixdən etibarən 5 iş günü ərzində qeyd etdiyiniz ünvana çatdırılır.
Mağazadan təhvilalma
Sifarişinizi mağazamızdan da götürə bilərsiniz. Gəlməzdən əvvəl bizimlə əlaqə saxlayaraq məhsulun mövcudluğunu və sifarişinizin hazır olduğunu dəqiqləşdirin.
Sifariş və çatdırılma ilə bağlı suallarınız üçün WhatsApp vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.