Zəmanət şərtləri
Smartest olaraq müştərilərimizə orijinal məhsullar təqdim edir, satışdan sonra zəmanət müraciətlərinin qəbulu və servis xidmətinin təşkili üzrə dəstək göstəririk.
1. Zəmanət müddəti və talonu
Zəmanət müddəti məhsula görə dəyişir. Aldığınız məhsulun zəmanət müddəti və tətbiq olunan şərtlər alış zamanı sizə bildirilir və zəmanət talonunda qeyd olunur.
Zəmanət müddəti məhsulun sizə təhvil verildiyi tarixdən başlayır. Zəmanət talonu zəmanət xidmətinə müraciət üçün əsas sənəddir. Talonu zəmanət müddəti ərzində saxlamağınız xahiş olunur.
2. Zəmanət nələri əhatə edir?
Zəmanət məhsulun istifadə qaydalarına uyğun istismarı zamanı aşkar olunan istehsal və material qüsurlarını əhatə edir. İstehsal qüsurundan qaynaqlanan elektron və funksional nasazlıqlar bu çərçivədə qiymətləndirilir.
Nasazlığın səbəbi texniki yoxlama zamanı müəyyən edilir. Zəmanətə daxil olan qüsurların aradan qaldırılması üçün əlavə ödəniş tələb olunmur.
3. Zəmanətə daxil olmayan hallar
Aşağıdakı səbəblərdən yaranan nasazlıq və zədələr zəmanətə daxil deyil:
-
Düşmə, zərbə, əzilmə və digər mexaniki təsirlər.
-
İstehsalçının müəyyən etdiyi qorunma hədlərindən kənar su, maye, rütubət və toz təsiri.
-
İstifadə və saxlama qaydalarına əməl edilməməsi.
-
Uyğun olmayan enerji mənbəyi, adapter və ya aksesuar istifadəsi.
-
Kənar müdaxilə, sökülmə, icazəsiz təmir və ya texniki dəyişikliklər nəticəsində yaranan nasazlıqlar.
-
Normal istifadə nəticəsində yaranan təbii aşınma, cızıqlar və digər kosmetik izlər.
Nasazlığın bu səbəblərlə əlaqəli olub-olmaması texniki yoxlama zamanı qiymətləndirilir.
4. Zəmanət üçün müraciət qaydası
Məhsulda nasazlıq aşkar etdikdə bizimlə əlaqə saxlayaraq məhsulun modelini və problemin təsvirini bildirin. Mümkün olduqda problemi göstərən foto və ya video göndərin.
Texniki yoxlama üçün məhsulu və zəmanət talonunu təqdim edin. Yoxlama üçün əlavə aksesuar tələb olunarsa, bu barədə əvvəlcədən məlumat veriləcək.
Məhsulun qəbul zamanı vəziyyəti və təhvil verilən aksesuarlar qeydə alınır. Yoxlamanın nəticəsi, görüləcək tədbirlər və xidmət müddəti barədə sizə məlumat verilir.
Zəmanət talonu itirildikdə müraciətin araşdırılması üçün bizimlə əlaqə saxlayın.
5. Təmir, dəyişdirmə və qaytarma
Nasaz məhsulla bağlı müraciətlər texniki yoxlamanın nəticəsinə, məhsulun zəmanət şərtlərinə və qüvvədə olan qanunvericiliyə uyğun qiymətləndirilir.
Qüsursuz məhsulun dəyişdirilməsi və qaytarılması zəmanət xidmətindən ayrıca qiymətləndirilir. Məhsulun qablaşdırmasının açılması və ya istifadə edilməsi istehsal qüsuru ilə bağlı zəmanət müraciətini öz-özlüyündə istisna etmir.
6. Əlaqə
Zəmanət və servis müraciətləri üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
Telefon / WhatsApp: +994 99 848 95 35
E-poçt: info@smartest.az
Bu şərtlər istehlakçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarını məhdudlaşdırmır.