Ödəniş üsulları
Smartest.az olaraq alış-verişinizi rahat tamamlamağınız üçün nağd, kartla, taksit və kreditlə ödəniş imkanları təqdim edirik.
Nağd ödəniş
Sifarişiniz çatdırılarkən və ya məhsulu mağazamızdan götürərkən nağd ödəniş edə bilərsiniz.
Bank kartı ilə ödəniş
Çatdırılma zamanı bank kartı ilə ödəniş etmək istəyirsinizsə, sizə ödəniş linki göndərilir. Həmin link vasitəsilə məbləği kartınızla tam ödəyə bilərsiniz.
BirKart ilə 12 ayadək taksit
BirKart ilə məhsulun ödənişini 12 ayadək hissələrə bölmək mümkündür. Taksit müddəti məhsula görə dəyişir və mağazamız tərəfindən müəyyən edilir. Seçdiyiniz məhsul üçün mövcud taksit müddətləri sifariş zamanı sizə bildirilir.
Çatdırılma zamanı BirKart ilə taksit ödənişi də sizə göndərilən ödəniş linki vasitəsilə həyata keçirilir.
Kapital Bank ilə 35 ayadək kredit
Kapital Bank vasitəsilə məhsulları 35 ayadək kreditlə əldə edə bilərsiniz. Kredit zamanı məhsulun qiymətinə seçilən müddətə uyğun faiz əlavə olunur. Faiz dərəcəsi və aylıq ödəniş kredit müddətinə görə dəyişir.
Seçdiyiniz müddət üzrə aylıq ödəniş və yekun məbləğ rəsmiləşdirmədən əvvəl sizə təqdim edilir.
Ferrum Kapital ilə 12 ayadək kredit
Əməkdaşlıq etdiyimiz Ferrum Kapital vasitəsilə 12 ayadək kreditlə alış imkanı da mövcuddur. Kredit şərtləri, aylıq ödəniş və yekun məbləğ müraciət zamanı dəqiqləşdirilir.
Kredit müraciətlərinin təsdiqi müvafiq maliyyə təşkilatının qiymətləndirməsindən asılıdır.
Sifariş zamanı sizə uyğun ödəniş üsulunu bildirin. Məhsul üzrə mövcud taksit və kredit seçimləri barədə ətraflı məlumat verək.