DJI Osmo Mobile 8P Smartfon üçün stabilizator
Ödəniş müddətini seçin
DJI Osmo Mobile 8P Smartfon üçün stabilizator
Qısa təsvir
DJI Osmo Mobile 8P — telefonla peşəkar video çəkmək istəyənlər üçün yeni nəsil stabilizatordur. Güclü 3 oxlu stabilizasiya sayəsində hərəkətli çəkilişlər daha hamar və professional görünür.
Yeni modeldə əsas üstünlük Osmo FrameTap uzaqdan idarəetmə ekranı, daha ağıllı ActiveTrack 8.0 izləmə sistemi, 360° sonsuz pan dönmə, Apple DockKit dəstəyi, daxili tripod və uzadılan çubuqdur. Bu xüsusiyyətlər vlog, reels, TikTok, YouTube və məhsul çəkilişləri üçün daha rahat idarəetmə və daha dəqiq kadr qurmağa imkan verir.
DJI Osmo Mobile 8P təxminən 10 saata qədər işləmə müddəti təqdim edir və telefonu enerji ilə dəstəkləyə bilir. Kompakt, qatlanan dizaynı sayəsində gündəlik istifadə, səyahət və kontent çəkilişləri üçün ideal seçimdir.
Qutu içərisində:
- DJI Osmo Mobile 8P — 1 ədəd
- DJI OM Magnetic Phone Clamp 5 — 1 ədəd
- DJI OM Multifunctional Module 2 — 1 ədəd
- Osmo FrameTap uzaqdan idarəetmə ekranı — 1 ədəd
- USB-C to USB-C enerji kabeli — 1 ədəd
Xüsusiyyətlər
Qutu tərkibi
- DJI Osmo Mobile 8P stabilizator — 1 ədəd
- DJI OM Magnetic Phone Clamp 5 telefon tutacağı — 1 ədəd
- Osmo FrameTap idarəetmə pultu — 1 ədəd
- USB-C–USB-C enerji kabeli (50 sm) — 1 ədəd
- USB-C–USB-C telefon şarj kabeli (15 sm) — 1 ədəd
- Saxlama kisəsi — 1 ədəd
Standart dəst. Advanced Tracking Combo versiyasında əlavə DJI OM Multifunctional Module 2 modulu olur.


