DJI RS 5 Gimbal Kamera Stabilizatorları
Ödəniş müddətini seçin
DJI RS 5 Gimbal Kamera Stabilizatorları
Qısa təsvir
DJI RS 5 — peşəkar kamera çəkilişləri üçün hazırlanmış yüngül və güclü stabilizatordur. Toy, klip, reklam, müsahibə, vlog və kommersiya çəkilişlərində daha sabit və professional görüntü almaq üçün ideal seçimdir.
Model 3 kq-a qədər test edilmiş daşıma gücü ilə müxtəlif kamera və obyektiv kombinasiyalarını rahat dəstəkləyir. 5-ci nəsil stabilizasiya alqoritmi hərəkətli kadrlarda daha hamar nəticə verir, fine-tuning knobs isə balanslamanı daha dəqiq və rahat edir.
DJI RS 5-in əsas yeniliklərindən biri 2-ci nəsil avtomatik ox kilidləridir. Gimbal söndürüləndə və ya sleep rejiminə keçəndə oxlar avtomatik kilidlənir, işə salınanda isə tez açılır. Bu da çəkiliş zamanı daha sürətli hazırlıq və rahat daşınma imkanı yaradır.
Yeni Z-Axis Indicator operatorun addımlarını daha düzgün idarə etməyə kömək edir və daha stabil görüntü almağa şərait yaradır. 3-cü nəsil native vertical shooting dəstəyi sayəsində TikTok, Reels və Shorts kimi vertikal kontentlər üçün kamera daha rahat şəkildə istifadə olunur.
Batareya baxımından DJI RS 5 təxminən 14 saata qədər standby işləmə müddəti təqdim edir və uyğun 65W PD adapterlə təxminən 1 saata tam şarj olur. Bu da uzun çəkiliş günlərində böyük üstünlük yaradır.
Qutu içərisində:
-
DJI RS 5 Gimbal — 1 ədəd
-
BG33 Battery Grip — 1 ədəd
-
Quick-Open Tripod — 1 ədəd
-
RS 5 Upper Quick-Release Plate — 1 ədəd
-
RS 5 Lower Quick-Release Plate — 1 ədəd
-
Lens-Fastening Support — 1 ədəd
-
Multi-Camera Control Cable USB-C, 30 sm — 1 ədəd
-
Screw Kit — 1 ədəd
-
DJI Logo Sticker — 1 ədəd
Üstünlükləri: 3 kq daşıma gücü, 5-ci nəsil stabilizasiya, daha rahat balanslama, avtomatik ox kilidləri, vertikal çəkiliş dəstəyi, 14 saata qədər batareya və 1 saata sürətli şarj imkanı.






